“Axrıncı aşırım” filiminin çəkilişində Adil İskəndərov

Mədəniyyət
“Axrıncı aşırım” çəkiləndə Adil İskəndərov və Fərman Kərimzadə filmlə bağlı tez-tez mübahisələr edirlər.
Moskva filmi ssenaridə olduğu kimi çəkməyə qoymurmuş. Ssenaridə edilən dəyişiklik də Fərman müəllimin xoşuna gəlmir. Bir gün Adil İsgəndərov deyir: “Fərman, sən başa düşmürsən, bu film gələcəkdə bizə lazım olacaq. Nə cür çəkilir, qoy çəkilsin. Tarixi film olacaq”.
Kamal Xudaverdiyev: “Bir rejissor Adil müəllimi eşitmək istəmir, kənardan xarici aktyorlar gətirirdi. Adil müəllim ondan soruşdu ki, niyə özümüzünkülərlə işləmirsən? Cavab verdi ki, özümüzünkülərlə işləyə bilmirəm. Dedi, qadma, onda mən kənardan rejissor çağıraram bizim aktyorlarla işləyər. 15 aktyor dəvət etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir”.

MUASİRMEDİA.AZ