MUASİRMEDİA.AZ xəbər verir ki,bu dəfə onun rəqibi 150-dən çox peşəkar döyüşü olan, ikiqat Avropa çempionu ispaniyalı Xaero Diyas olub. Şamo Eyvazov rinqdə əsl peşəkarlıq nümayiş etdirib, rəqibinə heç bir şans tanımayıb. Gərgin keçən döyüşün ardından ispaniyalı idmançı aldığı zədəyə görə ikinci raunddan sonra mübarizəni davam etdirə bilməyib və nəticədə idmançımız tam üstünlüklə qələbə qazanıb. Qeyd edək ki, 33 yaşlı Şamo Eyvazov əslən Neftçalanın Qaçaqkənd kəndindəndir. O, hazırda ailəsi ilə birlikdə İspaniyada yaşasa da, bütün yarışlara Azərbaycan bayrağı ilə çıxaraq vətənə olan sevgisini və bağlılığını qürurla nümayiş etdirir. Biz də dünya çempionu Şamo Eyvazovu bu möhtəşəm qələbə münasibətilə təbrik edir, qarşıdakı döyüşlərdə ona yeni nailiyyətlər arzulayırıq.
https://www.youtube.com/watch?v=e4RjHvG0V8Y
