Noyabrın 28-də Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün Şirvan şəhərində əmək yarmarkası keçirilib.
MUASİRMEDİA.AZ xəbər verir ki,yarmarkada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifələrini icra edən Xəqani Məmmədov, şəhər İcra Hakimiyyətinin və Məşğulluq filialının əməkdaşları, işəgötürənlərin nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Aktiv məşğulluq tədbirində 20 işəgötürən tərəfindən 105-dən çox boş iş yeri təqdim olunub. Yarmarkada vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilərək, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.https://www.youtube.com/watch?v=bEsZ39pjfb4

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU