Nankor övlad baş ucaltmaz-Şair Bəradər SƏMƏNDƏRLİ

ƏDƏBİYYAT
BELƏ
Nankor övlad baş ucaltmaz,
Yağ-bala tutsan da belə.
Dünyanın naz-nemətilə
Başını qatsan da belə.
Hər hesabdan dinar olmaz
Sarmaşıqdan çinar olmaz,
Alışqandan fanar olmaz,
Yandırıb, çatsan da belə.
Dünya belə olacaqdır,
Boşalacaq, dolacaqdır.
Bu dünyada qalacaqdır,
Var-dövlət, ad-san da belə.
Şam kimi əriyir can da,
Öz sözünü deyir can da-
Çalışsan da, vuruşan da,
Yıxılıb yatsan da belə.
Düşün həyatı bir anlıq,
Hər işıqda bir qaranlıq.
Bəradər, getdi cavanlıq,
Gecdi, can atsan da belə.
Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
01.12.2022
MUASİRMEDİA.AZ