26 Noyabr – Azərbaycan Kəlağayısı Günü münasibətilə Salyan Tarix-Diyarşünaslıq Muzeyində xüsusi sərgi təşkil olunub. Sərgi ilə tanışlıq məqsədilə bir qrup Kütləvi İnformasiya Vasitələrinin nümayəndəsi, eləcə də ədəbiyyat və tarix sahəsinin tanınmış şəxsləri muzeyi ziyarət ediblər. Qonaqlar burada nümayiş etdirilən kəlağayı nümunələrini, onların hazırlanma incəliklərini və qədim ənənələrimizi əks etdirən eksponatları yaxından izləyiblər. Sərgi boyunca kəlağayının Azərbaycan mədəniyyətindəki yeri, onun zəriflik və milli kimlik simvolu kimi əhəmiyyəti bir daha vurğulanıb. Tədbir iştirakçıları, həmçinin muzeydə qorunan digər nadir tarixi eksponatlarla tanış olaraq Salyanın zəngin mədəni irsi haqqında məlumat əldə ediblər.
https://www.youtube.com/watch?v=3VVDG0gXz3M
MUASİRMEDİA.AZ.
