Avropa İttifaqı (Aİ) müxalifətdə olan AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayacaq

Dünya
Avropa İttifaqı (Aİ) müxalifətdə olan AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayacaq. Bunu AzadlıqRadiosunun sorğusuna cavabında qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper bildirib.
“Biz Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, müvafiq beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyirik. Təqsirləndirilən şəxslərə müstəqil hüquqi yardım və adekvat səhiyyə xidməti göstərilməlidir”, – açıqlamada deyilir.
yazı görseli olabilir
MM.AZ