Xankəndidəki Qarabağ Unversitetinin yaranmasından 2 il ötür

Təhsil
Təhsildə qazanılan uğurlar, onu idarə edənin peşəkar fəaliyyətindən çox aslıdır.
Rektor Şahin Bayramovun peşəkar fəaliyyəti xüsusi vurğulanmalıdır.
Onun rəhbərliyi altında universitetdə:
• müasir idarəetmə modeli qurulub,
• dərs prosesinin keyfiyyəti yüksəldilib,
• professor-müəllim heyətinin tərkibi gücləndirilib,
• beynəlxalq layihələrə geniş qapılar açılıb,
• tələbə yönümlü təhsil mühiti formalaşdırılıb.
Bu gün Qarabağ Universitetinin dinamik inkişafında Şahin Bayramovun uzaqgörən idarəçiliyi, kollektivin fədakarlığı və tələbələrin yüksək fəallığı bir-birini tamamlayan əsas amillərdir.
Universitetin 2 il ərzində qazandığı ən böyük nailiyyətlərdən biri burada təhsil alan yüzlərlə gəncin Qarabağı seçməsidir.
Bu, həm milli ruhun, həm də Qarabağa qayıdış ideologiyasının ən gözəl təzahürüdür.
Bu tələbələr gələcəyin alimləri, müəllimləri, mühəndisləri, texnoloqları və ən əsası – Qarabağın yeni intellektual simasını formalaşdıracaq kadrlarıdır.
Onların intellektual hazırlığı, motivasiyası və dövlətçilik ruhunda yetişməsi ölkəmizin qarşıdakı onilliklərdə inkişaf xəttinə əhəmiyyətli təsir göstərəcək.
Bu ali təhsil ocağı artıq bu gün Qarabağda möhkəm şəkildə formalaşan yeni həyatın simvoludur. Universitetin hər bir auditoriyası, hər bir laboratoriyası, hər bir tələbəsi Zəfərimizin ideoloji davamıdır. Burada təhsil alan hər bir gənc Qarabağın yenidən qurulmasının fəal iştirakçısıdır.
Qarabağ Universitetinin 2 illik fəaliyyəti göstərir ki, qarşıdakı illərdə bu ali məktəb təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu elm və təhsil mərkəzlərindən birinə çevriləcək.
Bu əlamətdar gün münasibətilə dəyərli rektor Şahin Bayramov başda olmaqla bütün professor-müəllim heyətini, əməkdaşları və tələbələri səmimi-qəlbdən təbrik edirik.
Qarabağ Universitetinə daha böyük uğurlar, yeni elmi nailiyyətlər, beynəlxalq səviyyədə artan nüfuz və gələcək inkişafında möhtəşəm perspektivlər arzulayırıq.
Qarabağ Universiteti böyüdükcə Qarabağ
inkişaf edir; Qarabağ inkişaf etdikcə isə
bütün Azərbaycan güclənir!
MUASİRMEDİA.AZ