Bu barədə URA.RU-ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib.
Məlumata görə, V. Mustafayev təxminən iki saat əvvəl məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.
Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.
Hadisə ilə bağlı araşdırma davam edir.
MM.AZ
