Kəlbəcərdə yağan ilk qarın sevincini ürəkdolusu yaşayan şagirdlərimizin təbəssümü qışı daha da gözəlləşdirdi. Uşaqlarımızın saf sevinci, illər sonra doğma yurdumuzun ağappaq libasına qovuşması ilə birləşərək unudulmaz anlar yaşatdı. Yenidən dirçələn Kəlbəcərin üzərinə yağan ilk qar, sanki həm torpağa, həm də balaca ürəklərə ümid saçdı.
MUASİRMEDİA.AZ
