Rus generalının Şeyx Şamilin qabağında biabır olması

Tarix
Şeyx Şamil rus generalından soruşur:
– Bizim torpaqlarımızda bizimlə savaş aparmağınızın səbəbi nədir?
General cavab verir:
– Biz sizin kimi vəhşilərə yüksək mədəniyyət və sivilizasiya aşılamaq istəyirik.
İmam Şamil müsəlman əsgərlərindən birini yanına çağırıb ayaqqabılarını və corablarını çıxararaq generala göstərməyi tələb edir. Əsgərin ayağı hər gün beş dəfə aldığı dəstəmazdan tərtəmiz idi. İmam Şamil rus əsgərini də yanına çağırıb eyni şeyi tələb edir. Bu əsgərin çirkli ayaqlarınin iyi uzaq məsafədən belə hiss olunurdu. İmam üzünü generala tutaraq deyir:
– Bizə aşılamaq istədiyiniz mədəniyyət budurmu?

MUASİRMEDİA.AZ