Iki gün əvvəl AXCP sədri Əli Kərimliyə Azərbaycan Respublikası CM nin 278.1 maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində Səbail rayon məhkəməsi fevralın 13-nə qədər həbs qərarı çıxarıb. Eyni zamanda partiya Ali Məclisinin katibi Məmməd İbrahim də eyni maddə ilə təqsirli bilinərək, 2 ay müddətinə həbs olunub.
Onun barəsində Səbail rayon məhkəməsi fevralın 13-nə qədər həbs qərarı çıxarıb. Eyni zamanda partiya Ali Məclisinin katibi Məmməd İbrahim də eyni maddə ilə təqsirli bilinərək, 2 ay müddətinə həbs olunub.
Milli Şura olaraq bildiririk ki, Əli Kərimlinin saxta, siyasi sifariş əsasında həbs edilməsi siyasi repressiya aktıdır və bu qanunların hökmü yox, siyasi sifarişin nəticəsidir. Əli Kərimlini həbs etdirməklə hakimiyyət ölkədə siyasi rəqabət müstəvisinin qapandığı etiraf etmiş olur.
Milli Şura bildirir ki, biz hər zaman Azərbaycan hakimiyyətini Qərbə inteqrasiya prosesini pozduğuna və demokratik dəyərlərə qarşı düşmən münasibətə görə tənqid etmişik. Bu gün proqramında Avropa Birliyinnə inteqrasiya müddəası olan AXCP -ni və onun sədrini Rusiyaya bağlı olan Ramiz Mehdiyevlə əlaqələndirmək, onun adından təqdim edilən çevrilş planina daxil etmək, açıq və heç bir əsası olmayan ağ yalan, böhtan və şərləmədir. Biz parrtiya sədrinə qarşı irəli sürülən bu ittihamı qətiyyətlə rədd edirik.
Ramiz Mehdiyevə gəlincə, o, uzun illər ərzində Prezident Administrasiyasının rəhbəri kimi hökumətin siyasətini həyata keçirib və AXCP -yə, onun lideri Əli Kərimliyə və bütövlükdə demokratik qüvvələrə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı hazırkı hakimiyyətin həyata keçirdiyi repressiyaların gedişində baş icraçı olub. Bunlardan əlavə, ölkədə seçki saxtakarlığı, korrupsiya cinayətlərində birbaşa iştirakı ilə fərqlənən Ramiz Mehdiyevi Əli Kərimli ilə iş birliyində təqdim etməyə çalışsalar da buna nə Azərbaycan xalqı, nə də ki, beynəlxalq ictimaiyyət inanmaz.
Hər zaman dinc demokratik mübarizə tərəfdarı olan Milli Şura və AXCP bu günə qədər avtoritar Əliyevlər hakimiyyətinə qarşı dəfələrlə kütləvi etiraz aksiyaları keçirib və heç zaman da zorakılığa yol verməyib. Biz Əli Kərimlinin guya zorakı yolla hakimiyyəti ələ keçirməsi, dövlət çevrilişi planlarında iştiraki barədə irəli sürülən saxta ittihamları, böhtanları qətiyyətlə rədd edirik. Bu hazırkı siyasi repressiya aktinı əsaslandirmaq, ona qanuni don geyindirmək üçün uydurulmuş böhtandan başqa bir şey deyil.
Milli Şura bəyan edir ki, bu həbslərə baxmayaraq siyasi kursumuzda, fəaliyyətinizdə hər hansı dəyişiklik, tərəddüd olmayacaq, biz Azərbaycanın demokratikləşməsi və Qərbə inteqrasiyası istiqamətində öz fəaliyyətimizi əvvəlki kimi dinc mübarizə yolu ilə davam etdirəcəyik. Biz Azərbaycan xalqını, beynəlxalq təşkilatları və insan haqları təsisatlarını bu repressiya aktına etiraz etməyə çağırırıq.
MUASİRMEDİA.AZ
