Bu il ölkəmizdə pambıq yığımı özünün ən məhsuldar mərhələsinə çatıb-VİDEO

ölkə

Bu il ölkəmizdə pambıq yığımı özünün ən məhsuldar mərhələsinə çatıb.
MUASİRMEDİA.AZ xəbər verir ki, bu günədək 100 min hektardan artıq əkin sahəsindən 345 min tondan çox xam pambıq tədarük olunub. Dekabrın 1-nə olan operativ məlumata əsasən, orta məhsuldarlıq 34,35 sentner təşkil edir. 2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini həyata keçirilib. Əkinlərin təxminən 86 faizi pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun payına düşür: Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan. Bu il pambıq ən çox aşağıdakı rayonlarda əkilib: Saatlı – 12 634 hektar, Ağcabədi – 11 821 hektar, Sabirabad – 11 086 hektar. Bu rəqəmlər təkcə statistika deyil… Bunlar minlərlə əkinçinin zəhməti, günün altında, gecənin ay işığında görülən ağır işin bəhrəsidir. Hər çiyid bir ümid, hər məhsul isə kənd təsərrüfatımızın gücünü göstərən bir göstəricidir. Kadr arxasında görünən tarlalar, yığım maşınları və zəhmətkeş insanların əlləri isə bir həqiqəti təsdiqləyir: Azərbaycan pambıqçılığı bu il də yüksək nəticələrə imza atmaqdadır.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU