Azərbaycanda Nazir işdən çıxarıldı

Səhiyyə

Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyulub.

Qərar qəbul edilib.

Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

MUASİRMEDİA.AZ