Gültəkin Hacıyevin saxlanıldığı yer məlum olub

Dünya

“Hazırda İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər”.

Bunu keçmiş deputat Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlunun yanına gedib və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib.

“Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm”.

Keçmiş deputatın sözlərinə görə, hazırda onu Türkiyədən deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəsində ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək orada saxlayırlar: “Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir.

Bildirirəm ki, bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək”.

MUASİRMEDİA.AZ