Bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini liderləri Tehran, Məşhəd və Qum şəhərlərində olublar

DIN
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini liderləri və onları müşayiət edən nümayəndə heyəti İran İslam Respublikasına bir neçə günlük səfər çərçivəsində paytaxt Tehran, Məşhəd və Qum şəhərlərində olublar.
Səfər çərçivəsində BGMİ nümayəndə heyəti İranın din xadimləri, xeyriyyə təşkilatlarının nümayəndələri, tanınmış hafizlər və akademik heyətiylə görüşlər keçiriblər.
Səfər zamanı din xadimləri tarixi və görməli yerlərlə tanış olublar. Bunlara al-Mustafa Beynəlxalq Universiteti, İmam Əli Rzanın adını daşıyan məscid, tarixi Quran əlyazmalarının bir neçə nüsxəsinin qorunduğu kitabxana, Əhli-Beyt ofisi, Quran üzrə beynəlxalq yarışların mərkəzi, İslam Mədəniyyəti və Sosial Əlaqələr Təşkilatı, Ayətullah Şəhristaninin ofisi, muzey və digər obyektlər daxildir.

MUASİRMEDİA.AZ