Daxili İşlər Nazirliyinin əməkdaşları Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və Füzuli rayonlarında vətəndaşlarla görüşlər keçirərək erkən nikahın qanunla qadağan edildiyini və belə hallara yol verən şəxslərin məsuliyyət daşıdığını diqqətə çatdırıblar.
Həmçinin məişət zorakılığı üzrə müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə izahat verilib.
Maarifləndirici bukletlər paylanaraq, bu cür görüşlərin təhlükələrin qarşısının alınmasına mühüm töhfə verdiyi vurğulanıb.
MUASİRMEDİA.AZ
