Neftçala rayonunda ilk dəfə olaraq Balıq Festivalı keçirilib-VİDEO

video

 Bayraq Meydanında düzənlənın festival Neftçala RİH, Aqrar innovasiya mərkəzi və balıqçılıq və akvakultura mərkəzi, “İODİCO” MMC-nin təşkilatçılığı ilə baş tutub.
MUASİRMEDİA.AZ xəbər verir ki,açılışda çıxış edənlər Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni vurğulayıblar. Ziyarətçilər gün ərzində balıq və aqrar məhsullarının sərgisinı baxıb, balıqçılıq üzrə canlı təqdimatlara qatılıb, rəssamların əl işləri və yaradıcı guşələrlə tanış olublar. “Balığı Neftçalada yeyərlər” devizi altınfa kulinariya zonalarında isə müxtəlüf mətbəx nümunələri təqdim edilib, ustad dərslərində sağlam qidalanma və balığın düşgün bişirilmə qaydaları haqqında məlumat verilib. Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və 10170 ədəd balıq körpəsinin suya buraxılması festivalın ən yaddaqalan hissələrindən olub. Festivalda müxtəlof konsert proqramları da təqdim edilib. Qeyd edək ki, ilk Balıq Festivalında ümumilikdə 1500 kq Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının balıq məhsulları, eləcə də 42 növ digər aqrar məhsullar satışa çıxarılıb.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU