Polis Akademiyası fiziki cəhətdən sağlam, müasir düşüncəli və intellektli gənclərin xidmətə cəlb olunması məqsədilə Bakı ilə yanaşı, Qəbələ, Quba, Cəlilabad, Sabirabad, Göygöl, Saatlı, Qobustan və digər rayonlarda məktəblilərlə görüşlərini davam etdirir.
MUASİRMEDİA.AZ xəbər verir ki,görüşlərdə şagirdlərə Akademiyanın müasir tədris korpusları, laboratoriyaları, kitabxanaları, idman və atıcılıq kompleksləri barədə məlumat verilib, “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarına qəbul qaydaları, “Virtual Akademiya”, təqaüd, geyim, yataqxana və xidmət üstünlükləri izah olunur.

Tədbirlər çərçivəsində videoçarx nümayiş etdirilib, lifletlər paylanılıb, suallar cavablandırılıb.
MUASİRMEDİA.AZ