AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə facebook hesabında AXCP-nin trolluq fəaliyyətini ifşa edən yazı paylaşıb: “AXCP üzvlərinin öz adına olan və saxta profillər açıb sosial şəbəkələrdə müstəqil siyasi fəalları, ictimai fəalları, müstəqil jurnalistləri, vətəndaş cəmiyyətini, müxtəlif sektorda təmsil olunanları, digər müxalif partiya üzvlərini təhqir etməyini, linç etməyini, Qərb çoxdan bilir və buna görə də AXCP-yə dəstək olmur. Saxta profillərin açılmasını da şəxsən Əli Kərimli lazım olan adamlara deyib onların vasitəsilə açdırır. O partiyada iki istiqamət üzrə koordinator olmuşam deyə, dəqiq deyirəm bunları. Yəni, saxtakarlığı yaradan və yayan Əli Kərimlidir”.
MUASİRMEDİA.AZ
