Seymur Həzini Əli Kərimli məhz Ramiz Mehdiyevin əli ilə həbs etdirib

Siyasət
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında baş verənlər cəbhəçilər tərəfindən müxtəlif fikirlərin səslənməsinə səbəb olub.
 AXCP sədri Əli Kərimli “Ramiz Mehdiyev işi” ilə bağlı həbs olunub, məhkəmə onun barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçib.
Bu hadisədən sonra cəbhəçilər sosial şəbəkələrdə hazırda AXCP sədrinin müavini olan Seymur Həzinin Əli Kərimlnii əvəz edəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Hətta cəbhəçilərdən biri deyir ki, 2014-cü ildə Seymur Həzini Əli Kərimli məhz Ramiz Mehdiyevin əli ilə həbs etdirib.
“O zaman AXCP qurultaya hazırlaşırdı. 2015-ci ildə qurultay olacaqdı. Seymur Həzi də sədrliyə namizəd olmaq istəyirdi və o zaman partiyada ona böyük dəstək var idi. Əli Kərimli isə Seymur Həzinin namizəd olmasını istəmirdi, bir növ onu özünə təhlükə hesab edirdi.
Sonra Seymur Həzi bir anın içinə həbs olundu. Güya Ceyranbatanda kimisə döyüb, xuliqanlıq edib. Hələ o vaxt Seymur Həzi deyirdi ki, Əli Kərimli Ramiz Mehdiyevin əli ilə məni tutdurdu”,-deyə cəbhəçi deyib.
Onu da xatırladaq ki, bu hadisəni o söhbətin şahidi olanlar daha yaxşı bilir. Qeyd edək ki, AXCP qurultayı 2015-ci ilin 27 sentyabrında baş tutub. Əli Kərimli alternativsiz namizəd olaraq qurultayda sədr seçilib. Seymur Həzi isə 2014-cü ildə saxlanılıb və 5 il həbs cəzasına məhkum edilib. S.Həzi 2019-cu il avqustun 29-da azadlığa çıxıb.

MUASİRMEDİA.AZ