Dekabrın 9-dan 10-na keçən gecə ilə bağlı

ölkə

Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası gözlənilir.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama yayıb.

Qeyd edilib ki, dekabrın 8-i gecə saatlarında Günəşdə baş verən M8.1 sinifli partlayış nəticəsində Yerin istiqamətinə yüksək sürətli plazma axını hərəkət edir. Bu səbəbdən dekabrın 9 və 10-da G2–G3 səviyyəli, yəni orta və güclü maqnit qasırğası gözlənilir.

Mütəxəssislər bildirir ki, partlayış güc baxımından orta səviyyəli olsa da, Günəş–Yer xəttinə yaxın yaranması onun təsirini artırır və bu təsiri zəiflədəcək heç bir amil mövcud deyil.

muasirmedia.az