Tədbirdə çıxış edən nazir Anar Əliyev tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Nazirlik tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 406 min xidmət göstərildiyini bildirib.
Onlardan 28,6 min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu diqqətə çatdıran nazir işğaldan azad edilmiş ərazilərdə icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib.
O, ötən dövrdə 111 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu, “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələrin üzvləri, müharibə iştirakçıları, onların ailə üzvləri üçün məşğulluq imkanlarının yaradılmasında mühüm rolunu diqqətə çatdırıb.
MUASİRMEDİA.AZ
