Fransada Türkoloji mərkəzinin yaradıcısı, alim İrene Melikoff

Tarix
Fransada Türkoloji mərkəzinin yaradıcısı, Azərbaycan kökləri ilə fəxr edən, İslam Ensiklopediyasının müəlliflərindən biri, Fəxri Legion Ordeni kavaleri, fransız şərqşünas alim İrene Melikoff (Məlikova).
İrene xanım 7 noyabr 1917-ci ildə Peterburqda neft sahibkarı ailəsində anadan olub. Atası bakılı İskəndər Məlikov, anası isə rus balerina Yevgeniya Mokşanova olub.
İrenenin atası 1905-1907-ci illərdə Bakını tərk edib. İrene atasının içərişəhərli olduğunu qeyd edirdi.
Bolşevik çevrilişindən sonra İskəndər bəyin malı, mülkü əlindən alınıb, ona görə də ailə 1919-cu ildə də Parisə yerləşib.
Sorbonna Universitetini bitirəndən sonra
İrene Şərq Dilləri Dövlət Məktəbində təhsilini davam etdirib. Sorbonna Universitetində fransız türkoloq Jean Deny və şərqşünas Klod Kahendən dərs alıb.
1957-1964-cü illərdə Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışıb. 1957-ci ildə elmlər doktoru olub. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir.
1968-1986-cı illərdə Strasburq Universitetinin Türk Tədqiqatları İnstitutunun sədri olub. O, 1969-cu ildə bu qurumun nəzdində “Turcica” jurnalını nəşr etməyə başladı.
İrene xanım türkologiya sahəsində araşdırmalar aparıb, əsərlər yazıb. Onun elmi axtarışları Türkiyəni, Balkan ölkələrini, Azərbaycanı, İran və Orta Asiyanı əhatə edib.
Onun araşdırmalarında sufilik, ələvilik və qızılbaşlıq mövzusu xüsüsi yer tutur.
İrene xanım hətta müsahibəsində Şah İsmayıl Xətaiyə böyük sevgisi olduğunu bildirib.
İrene Melikoff Avropada ən nüfuzlu Türkoloji mərkəzlərdən biri olan Türkiyyat Araşdırmaları İnstitutunun qurucusudur.
İrene xanım 1984-cü ildə Avropada “Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz” yaradıb.
1990-cı ilin 20 yanvarında Sovet İttifaqı Silahlı Qüvvələri Bakıda qırğın törətdikdən sonra Strasburqda Azərbaycan mühacirətinin bir çox üzvü ilə birlikdə keçirilən etiraz yürüşündə iştirak etmişdi.
İrene xanım bir neçə dəfə Bakıda olub.
Onun qızı Şirin xanım “Dastandan operaya qədər Koroğlu” adlı kitabın müəllifidir.
İrene Melikoff 8 yanvar 2009-da Strasburqda vəfat edib. Məzarı Paris şəhərindədir.
Azərbaycan Tarixi

MUASİRMEDİA.AZ