Rusiyada təyyarə qəzaya düşüb

Dünya

Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda “An-22” təyyarəsi qəzaya uğrayıb.

Qəzada təyyarədə olanların hamısı – beş heyət üzvü və iki sərnişin həlak olub.

Rusiya Aerokosmik Qüvvələrindən (VKS) komissiyanın artıq hadisə yerinə yola düşdüyü bildirilir.

An-22 Antey Rusiya ordusunda bu tip sonuncu əməliyyat təyyarəsi idi.

Onlar 1969-cu ildən bəri aktiv istifadədə idi.

MUASİRMEDİA.AZ