Bakıda güclü partlayış: ÖLƏN VAR

Hadisə

Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlardan biri ölüb.

Bu barədə    Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

“Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

MUASİRMEDİA.AZ