Masallı RİH-nin başçısı Araz Əhmədov şəhidlərin adını daşıyan küçələri asfalttayır

ölkə
Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə Əminli kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində I Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə 06.12.2025-ci il tarixdə 500 metr məsafədə döşənmiş asfalt örtüyünə yerində baxış keçirmişlər.

MUASİRMEDİA.AZ