Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisə nəticəsində ölüb.
MÜASİRMEDİA.AZ xəbər verir ki,, hadisə Dürres limanında baş verib. Belə ki, Biləsuvar rayon sakini, 25 yaşlı Əvəz Cəfərovu gəmidə cərəyan vurub. O xəstəxanaya çatdırılsa da , onun artıq öldüyü məlum olub. Mərhum Biləsuvarda dəfn olunacaq. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
