23 ilin məmuru işdən AZAD OLUNDU

Cəmiyyət

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.

Bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, 59 yaşlı M. Nuriyeva 2002-ci ildən bu vəzifədə idi.

Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-ü Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

MUASİRMEDİA.AZ