Soyuq havaların başlaması ilə birlikdə öskürək problemi bir çox insanı narahat edir.
Belə vaxtlarda dərmanlardan əlavə, ev şəraitində hazırlanan təbii içkilərə də müraciət olunur. Xalq arasında uzun illərdir tanınan kəklikotu çayı da öskürək zamanı ən çox xatırlanan bitkilərdən biridir.
Kəklikotu qədimdən həm qoxusu, həm də istifadəsi ilə tanınır. Nənələrimizin söylədiyinə görə, bu bitkidən hazırlanan çay boğazı yumşaltmağa və öskürəyin yüngülləşməsinə kömək edə bilər. Xüsusilə soyuqdəymə zamanı yaranan qıcıqlandırıcı öskürəkdə kəklikotu çayı rahatladıcı təsir göstərir.
Bu bitkinin tərkibində olan təbii maddələr tənəffüs yollarını yumşaltmağa kömək edir. Buna görə də kəklikotu çayı bəlğəmin daha asan çıxmasına şərait yarada bilər. Xalq təbabətində bu çaydan həm isti, həm də buxar şəklində istifadə edildiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, kəklikotu çayı immun sistemini birbaşa gücləndirən dərman olmasa da, orqanizmi rahatladan dəstəkvi vasitə kimi qəbul edilə bilər. Gündəlik qidalanmaya ölçülü şəkildə əlavə edilməsi daha məqsədəuyğun sayılır.
Bununla belə, hər təbii məhsul kimi kəklikotu çayının da həddindən artıq istifadəsi tövsiyə edilmir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər və hamilə qadınlar bu cür bitki çaylarını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Qeyd edək ki, öskürək uzun müddət davam edərsə və ya ağırlaşarsa, yalnız bitki çayları ilə kifayətlənmək düzgün deyil. Bu halda mütləq həkimə müraciət etmək tövsiyə olunur.
MUASİRMEDİA.AZ
