“Azərbaycan-Özbəkistan birgə Mədəniyyət Komissiyasının birinci iclasının protokolu” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublkası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Kompleks Tədbirlər Planı” təsdiq olunub.
Protokolda teatr, incəsənət təhsili, maddi və qeyri-maddi mədəni irsin qorunması, mədəniyyət və yaradıcı sənayelər, kinematoqrafiya və digər sahələrdə əməkdaşlıq məsələləri əksini tapıb. Sənəddə birgə komissiyanın növbəti iclasının 2026-cı ildə Özbəkistanda keçirilməsi də qeyd edilib.





MUASİRMEDİA.AZ
