Görkəmli dövlət xadimi, SSRİ Ali Sovetinin üzvü, SSRİ Xalq deputatı,Azərbaycan KP Şuşa rayon Komitəsinin birinci katibi, Dağlıq Qarabağ Vilayəti (DQMV) üzrə Respublika təşkilat komitəsinin sədr müavini, Azərbaycan Respublikası Sənaye-Tikinti nazirinin müavini Vaqif Cəfərov
Hörmətlə xatırlayaq.
O, 20 noyabr 1991-ci ildə Qarabağda Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.
Vaqif Cəfər oğlu Cəfərov 1949-cu il, aprel ayının 18-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.
1966-cı ildə Şuşa şəhəri 1 nömrəli orta məktəbini, 1972-ci ild də M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun energetika fakültəsinin bitirmişdir.
1973-ci ildə ordudan tərxis olunaraq, Şuşaya qayıdıb müəyyən dövrlərdə “Şuşa” qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsi təşkilat şöbəsində təlimatçı, 1974–1976-cı illərdə Ağdərə rayon komsomol komitəsinin II katibi vəzifəsində işləmişdir.
1980-ci ilədək Azərbaycan Komunist Partiyasının Şuşa rayon Komitəsinin təlimatçısı olmuş, eyni zamanda ictimai əsaslarla partiya komissiyasının sədri vəzifəsində işləmişdir.
1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.
1988-ci ilədək Azərbaycan Komunist Partiyaınsın Dağlıq Qarabağ Vilayət Komitəsində lektor, təlimatçı, şöbə müdirinin müavini, inzibati orqanlar və maliyyə-ticarət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Vaqif Cəfərov Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləmişdir.
1991-ci ilin oktabr ayında Azərbaycan Respublikasının Tikinti- Sənaye nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
1991-ci il noyabr ayının 20-də torpağlarımızın suverenliyi uğrunda apardığı mübarizə zamanı Qarabağda Qarakənd səması erməni düşmənlərimiz tərəfindən vurulmuş, Mi-8 vertolyotunda bir çox görkəmli dövlət məmurları ilə birlikdə şəhid olmuşdur.
Vaqif Cəfərov SSRİ Ali Sovetinin deputatı olaraq bir çox işlər görmüşdür. Onun ən böyük xidmətlərindən biri də o idi ki, Şuşaya şəhər statusu vermək üçün təşəbbüs qaıldırmış və tezliklə bu məqsədinə nail olmuşdur.
Vaqif Cəfərovun təşəbbüsü ilə ali məktəblərin fakültələri və eyni zamanda əvvəllər Şuşa şəhərində fəaliyyət göstərməyən bir neçə texnikumların şöbələri açılmışdır.
Oğlu, uzun uzun illər hüquq-mühafizə orqanlarında müstəntiq kimi çalışmış Nicat Cəfərovun xatirələrindən:
“Atam barəsində danışmaq mənə çox ağırdır. Həm də fərəhlidir. Atam həlak olanda mənim 23, onun isə 42 yaşı vardı. O, elin oğlu idi. Arzusu Şuşanın, Qarabağın abadlaşması idi.
Hadisədən əvvəl ona dəfələrlə sui-qəsd törədilmişdi, amma hər dəfə sağ qalmışdı. Ona hədə-qorxu məzmunlu məktublar gəlirdi. İlk dəfə atam erməni terrorçularının hədəfinə 1989-cu ildə tuş gəlib. Belə ki, həmin vaxtlar Qarabağda yaşayan azərbaycanlılar Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı akta qol çəkməyə məcbur edilirdi. Atam buna qarşı çıxan azsaylı insanlardan biri idi. Axıra kimi getdi və bununla da özünə ölüm hökmü verdirdi.
Atamın dostları deyirdi ki, Vaqifin hər yanda dediyi bir söz var idi: “Nə qədər ki mən sağam, ermənilər Şuşaya girə bilməyəcək!”
O hadisədən bir neçə gün öncə Şuşanı görmüşdü.
Bacımın ad günü idi. O, çox xoşbəxt görünürdü. Hamıya deyirdi ki, Qarabağ məsələsinin həlli yolu artıq tapılıb. Atam bu məsələ ilə bağlı Moskvaya ezam olunacaqdı. Həmin günü səbirsizliklə gözləyirdi. Amma Moskva əvəzinə Xocavəndə yola salındı… Onun sənədlərinin içində 20 noyabr tarixinə yazılmış Bakı-Moskva aviabileti də tapılıb. Niyə Moskvaya yox, Qarabağa yollanır?
Bu sualın cavabı sirr olaraq qalacaq.
Uzun sürən araşdırmamın sonunda belə bir qənaətə gəldim ki, bu, dəqiq hesablanmış böyük planın bir hissəsi idi. Hər şey cüzi məqamlara qədər planlaşdırılmışdı. Hərənin bu planda öz missiyası var idi. O qədər ideal plan hazırlanmışdı ki, bu planın qarşısını ala biləcək insanlar da vertolyotda idi. Bu, Qarabağı ələ keçirmək planı idi. Terror hadisəsi isə planın bir qolu idi.
Onu itirmək çox çətin və ağrılıdır. Atamın vəfatınndan sonra anam – azərbaycanlı alim Laləzar Zeynalova onun yoxluğu ilə barışa bilmədi və bir müddət sonra ürək çatışmazlığından cavan yaşında dünyasını dəyişdi. Bizi bir şey həyatda saxladı: atamızın qəhrəmanlıqla şəhid olması. Oğlumun adını Vaqif qoymuşuq…”
Ağcabədi rayonundakı məktəblərin biri və Xəzər Dəniz Gəmiçiliyinin nəzdində olan gəmilərdən biri Vaqif Cəfərovun adını daşıyır.

muasirmedia.az
