Milli Şuranın sədri Fazil Mustafanı mat elədi
O, Ramiz Mehdiyevin tapşırığı ilə deputat olub
…………..
Milli Şuranın sədri Cəmil Həsənli deputat Fazil Mustafanın İranla bağlı dediklərini absurd sayaraq onun deputat mandatı almaq üçün Ramiz Mehdiyevlə razılaşdığını faş edib.
Cəmil Həsənli bildirib: “Deputat Fazil Mustafa deyib ki, Rusiya ilə Əli Kərimlinin əlaqəsi İran üzərindən də ola bilər. O, səbəbə ki, uzun müddət İran Rusiyanın yaxın müttəfiqi olub.
Yəqin belə “uzaqgörənlik” Fazil Mustafanın “mükəmməl” hüquq məntiqinin nəticəsidir. Dəlili də budur ki, İrana aid olan əhli beyt cəmiyyətləri Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə Rusiyada açıq fəaliyyət göstərirlər.
Amma unudur ki, 2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan t**mə qarşı birgə mübarizə haqqında ən yüksək imzalarla İttifaq Bəyannaməsi imzalayıb. Birgə əməliyyat keçirməyə qədər və həmin bəyannamə bu gün də qüvvədədir”.
Milli Şuranın sədri əlavə edib: “İran versiyasına inandırıcı don geyindirmək üçün Fazil Mustafa bir nümunə gətirir və deyir: bizə qarşı t** aktı olanda birinci açıqlama indi Milli Şuranın sədri olan Cəmil Həsənlidən gəldi və dərhal bildirdi ki, bu dövlət tərəfindən təşkil olunmuş t** aksiyasıdır. Sadəcə olaraq adam ağ yalan danışmaqdan utanmır”.
Cəmil Həsənli qeyd edib ki, özünün dəfələrlə dediyi kimi Fazil Mustafa küçə mübarizəsini parlament divarları arasına daşımaq üçün Ramiz Mehdiyevlə danışıqlar aparırdı.
Nəhayət bu danışıqlar 2005-ci ilin fevral-mart ayında nəticə verdi. Rəhmətlik Elmar Hüseynovun hüzür məclisində o, özünə yaxın bildiyi adamlara bildirdi: Ramiz müəllimlə görüşdüm. O dedi ki, müxalifətin heç bir perspektivi yoxdur. Onlardan ayrıl, keç bizim tərəfə, biz səni irəli çəkərik. Bu sözləri Fazil Mustafanın dilindən eşidənlər bu gün də sağdılar. Və hadisələrin sonrakı gedişi də Ramiz Mehdiyev deyən kimi oldu. Ancaq Fazil Mustafa da borclu qalmadı. Deputat olandan sonra Ramiz Mehdiyevi dövlətin sütünü adlandırdı, ona mədhiyylər oxudu.
Cəmil Həsənli sonda bildirir: İndi Ramiz Mehdiyevin bazarlığı ilə mandat alan, ona mədhiyyələr deyən Fazil Mustafa olur “dövlətçi”, bütün siyasi fəaliyyəti dövründə Ramiz Mehdiyvə və Rusiyaya qarşı mübarizə aparan Əli Kəriml.
MasirMedia.az
MasirMedia.az
