Alim adını yalanşı alimlıerdın qorumaq lazımdır yoxsa sonu pis olacaq-Emin Əmrullayev

Təhsil
Elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı “alim” adının nüfuzunun qorunmasının vacibliyini bildirib.
Nazir deyib ki, elmi ictimaiyyət daxilində kimin necə alim olduğu, əslində, hamıya bəllidir və bu barədə açıq danışmaq lazımdır.
“Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”, – Əmrullayev qeyd edib.
Emin Əmrullayev həmçinin elmi məhsuldarlıq və istinadların əhəmiyyətinə toxunaraq bildirib ki, elmi fəaliyyəti olmayan şəxslərin özünü “alim” adlandırması doğru deyil:
“Son beş ildə xarici elmi jurnallarda məqaləsi olmayan alim utanmalıdır. Məqaləsi olmayan, istinadı olmayan adamın özünə alim deməsi ayıbdır”, – nazir vurğulayıb.

MUASİRMEDİA.AZ