Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) öz işinə başladı.

Təhsil
Bu gün gənc alimlərin elmi nəticələrini təqdim etməsi və fikir mübadiləsi aparması baxımından mühüm platforma olan Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) öz işinə başladı.
Konfransdakı çıxışımda da vurğuladığım kimi, son illərdə ölkəmizdə elm və ali təhsil sahəsində əhəmiyyətli irəliləyişlərə nail olmuşuq. Aparılan islahatlar elmi fəaliyyətin keyfiyyətinin artırılmasına, gənc alimlərin dəstəklənməsinə, ali təhsildə multidisiplinar yanaşmanın və beynəlxalq standartların tətbiqinə yönəlib. Məqsədimiz elmin cəmiyyət və iqtisadiyyatla daha sıx inteqrasiyasını təmin etmək, eləcə də davamlı inkişaf üçün güclü elmi potensial formalaşdırmaqdır.

MUASİRMEDİA.AZ