Dünyada bur slra millətçilik ideologiyaları var ki, onların yaranmasının əsas məqsədi-NƏDƏR

Siyasət
Dünyada bur slra millətçilik ideologiyaları var ki, onların yaranmasının əsas məqsədi digər xalqları, millətləri aşağılayaraq özlərini başqalarında üstün tutaraq hegemonluq etmək idi. Bu cür millətçilik nə o başqa xalqlara, nə də o xalqların özünə də faciələrdən başqa heç nə verməyib.
Türklərdə isə millətçilik anlamı tamam fərqlidir. Türk millətçiliyi tarixi prosesin məhsulu kimi formalaşaraq sadəcə müasir dövrün siyasi ideologiyası deyil, türk millətinin öz varlığını və kimliyini dərk etməsinin nəticəsi kimi meydana çıxmışdır. Heç bir bigər millətlərin , xalqların azadlığını əlindən alaraq insanlara faciələr gətirəcək bir qanlı hegemonluq olmayıb. Bu fakt göstərir ki, türk millətçiliyi ilkin mərhələdə ideoloji doktarina deyil, özünüdərk və dövlətçilik şüurunun təzahürü olmuşdur.
Əgər qədim türk dövlətlərində idarəçilikdə əsas amil türk törəsi , türk qanunları idisə, sonrakı türk dövlətlərində, məsələn Səlcuqlu, Osmanlı, Səfəvi və sairə kimi imperiyalarda milli kimliklə yanaşı dini inanc da əsas rol oynamışdı və çox vaxt din məsələsi milli kimlik məsələsindən öndə durmuşdu . Bununla yanaşı yen də türk milli kimliyi dini və siyasi strukturlar daxilində qoruyub saxlamışdır. Lakin türk imperiyalarının zəifləməsi nəticəsində yaranan boşluqlardan dolayı sonrakı dönəmlərdə, xüsusən də XIX əsrdən başlayaraq türk millətçiliyi daha şüurlu və nəzəri çərçivəyə malik bir düşüncə sisteminə çevrilmişdir.
Bu mərhələdə türk millətçiliyi etnik-mədəni faktorları ön plana çıxaran, dil, tarix və ortaq mədəni irsi əsas götürən ideoloji diskusia çevrilmişdir. İsmayıl Qaspıralının mədəni inteqrasiya modeli, Yusuf Akçuranın siyasi-strateji yanaşması və Ziya Göyalpın sosioloji nəzəriyyəsi türk millətçiliyinin elmi əsaslarının formalaşmasında həlledici rol oynamışdır. Xüsusilə Göyalpın “mədəniyyət–sivilizasiya” ayrımı türk millətçiliyini irqi determinizmdən uzaqlaşdıraraq sosial-konstruktivist müstəviyə daşımışdır.
XX əsrdə türk millətçiliyi, xüsusilə milli dövlətlərin yaranması prosesində, assimilyasiya və kimliksizləşdirmə siyasətlərinə qarşı müqavimət ideologiyası kimi çıxış etmişdir. Bu baxımdan türk millətçiliyi bir hakimiyyət iddiasından daha çox, milli varlığın qorunması və davamlılığının təmin edilməsi məqsədinə xidmət etmişdir.
Nəticə etibarilə, türk millətçiliyi öz mahiyyətinə görə gələcəyə yönəlmiş tarixi şüurdur. O, keçmişdən güc alaraq bu günü anlamağa və sabaha olan inamı möhkəmləndirməyə xidmət edir. Türk millətçiliyinin əsas fəlsəfəsi siyasi üstünlük deyil, milli kimliyin yaşadılması və unudulmasına qarşı davamlı mübarizədir.
Bir şunu diyen bir yazı '日 LTNH Nh' görüntüsü olabilir

MUASİRMEDİA.AZ M.AFƏT