“Deyilənlərə görə, İran tərəfi hər iki balıqçını xilas edib, indi ordadırlar”.
Bunlar haqqda Astara rayon Şahağac kənd sakini Elçin Əsadullayev deyib.
O, Astarada dənizdə itkin düşən 2 balıqçı – Turan və Ağadədə Həsənovlara dair rəsmi məlumatın olmadığını vurğulayıb:
“İtkin düşən balıqçılardan birinin – Ağadədə Həsənovun atası hazırda İrandadır. Lakin o da hələlik oğlunu görə bilməyib.
Maraqlısı odur ki, əgər balıqçılar İran səlahiyyətlilərinin əlindədilərsə, niyə bizimkilərə göstərmirlər. Hələ heç dəqiq bilmirik ki, onlardır, ya yox. Harada saxlanıldıqları haqqında da məlumatsızıq”.
Xatırladaq ki, dekabrın 10-u səhər saatlarında Xəzər dənizində 2 balıqçı itkin düşüb. Onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.
Axtarışlara helikopterlər də cəlb olunub.
MUASİRMEDİA.AZ
