Tailandlı alimlər düyüdən istifadə edərək saç tökülməsinin qarşısını almağın yolunu tapıblar.
Bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Tədqiqatçılar saç uzanmasını stimullaşdırmaq üçün düyüdən təcrid olunmuş birləşmələri araşdırıblar.
Laboratoriya sınaqlarında məlum olub ki, düyüdən istifadə etməklə saç böyüməsini stimullaşdırmaq və təbii saç rəngini bərpa etmək mümkündür.
Düyü giləmeyvələri antosiyaninlər, B1, B5 və B12 vitaminləri ilə zəngindir. Antosiyaninlər melanin istehsalını stimullaşdırır. Tədqiqatçılar düyünün saç köklərində birbaşa melanin istehsalını aktivləşdirdiyini və həm seyrəlmə, həm də ağarma ilə mübarizə apardığını aşkar ediblər.
Qeyd edək ki, insanlar üzərində klinik sınaq Mahidol Universitetində aparılacaq. Tədqiqatda altı ay ərzində 25-60 yaş arası 64 nəfər iştirak edəcək.
MUASİRMEDİA.AZ
