Avropa Parlamenti Azərbaycandakı repressiyaları pisləyən qətnamə qəbul edib.
Qətnamə dünən müzakirəyə çıxarılıb və bu gün keçirilən səsvermədə 477 səs lehinə, 7 səs əleyhinə olmaqla qəbul edilib.
Qətnamədə vurğulanır ki, 2025-ci ilin əvvəllərindən ölkədə siyasi motivlərlə həbs olunanların sayı təxminən 400 nəfərə çatıb. Həbs olunanlar arasında jurnalistlər, akademiklər və insan hüquqları müdafiəçiləri də var.
Qətnamədə AXCP sədri Əli Kərimlinin həbsinə etiraz bildirilir və onun dərhal azad edilməsi tələb olunur. Avropa Parlamenti Azərbaycan hökumətini bütün siyasi məhbusları dərhal azad etməyə, ədalətli məhkəmə prosesini təmin etməyə və təzyiqləri dayandırmağa çağırır.
Avropa Parlamenti Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində məsul vəzifəli şəxslərə qarşı tədbirlərin nəzərdən keçirilməsini təklif edir.
Sənəddə vurğulanır ki, Azərbaycanla gələcək tərəfdaşlıq sazişləri insan hüquqları, hüququn aliliyi və siyasi məhbusların azad edilməsi sahəsində real irəliləyişlərdən asılı olmalıdır.
Qətnamədə həmçinin Azərbaycan sərhədlərindən kənarda insan hüquqlarının pozulması, xüsusilə Avropa İttifaqında hədəfli qətl planları və üzv dövlətlərin daxili işlərinə müdaxilə edən destabilizasiya kampaniyaları tənqid olunur.
Qeyd: İddalara görə Əli Kərimli noyabrın 29-da saxta ittihamla saxlanılıb və barələrində ilkin istintaq dövrü üçün 2 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda DTX-da saxlanılır.
MUASİRNMEDİA.AZ
