Mədə xəstəlikləri olan insanlara və hamilələrə mixək olmaz – Səbəb

Səhiyyə

Mixək nə qədər faydalı olsa da, aşılayıcı və yandırıcı xassələri ilə bəzi insanlar üçün təhlükəli ola bilər.
Mixək selikli qişalarınızı yandıra bilər.

Qeyd olunur ki, mixək mədə-bağırsaq xoraları, yaraları, qastritdə təhlükəlidir. Çünki mövcud problemi daha da qıcıqlandıra bilər. Hamilələrə isə qəti şəkildə olmaz. Südəmər, 3 yaşa qədər uşaqlara mixək olmaz.

Ədviyyat, istiota allergiyası olanlar bir dəfə sınaqdan keçirməlidirlər. Qandurulaşdırıcı, aspirin qəbul edən yaşlılar, ürək xəstələrində dərmanın effektini azalda bilər. Efir yağı daxilə qəbul etmək olmaz, başa çəkmək olmaz. Çay və dəmləmələrdə 3 ədəddən çox mixək tacı istifadə etməyin.

MUASİRMEDİA.AZ