“Azəriqaz” İB tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna mediatur təşkil edilib

ölkə
“Azəriqaz” İB tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna mediatur təşkil edilib.
Jurnalistlər, mavi yanacaqla təmin olunan Ağdərənin Vəngli kəndində görülən işlərlə tanış olublar. Onlara çətin relyefə malik olan Vəngli kəndində cari ilin mayından start götürən qazlaşma işləri haqqında məlumat verilib. İş icraçısı Ələddin Aşıralıyev bildirib ki, nəzərdə tutulan 15.000 paqonmetr qaz xəttindən artıq 12.000-ni çəkilib.130 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 ev təbii qazla təmin ediləcək. Media nümayəndələri Xankəndidə yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində də olublar. Burda da onlara, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 30 yaşayış məntəqəsinin qazlaşdırıldığı və bunun da 6800 abonenti əhatə etdiyi haqqında məlumat verilib.
Sonda jurnalistlər Xankəndi şəhərindəki Kərkicahan qəsəbəsində görülən yenidənqurma və bərpa işləri ilə elə yerindəcə tanış olublar. Məlumat verilib ki, qəsəbədə 30 fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir