Meyxanaçı Ağakərimin dəfn yeri məlum oldu

Cəmiyyət

Meyxanaçı Kərim Novruzov (Ağakərim) doğulduğu kənddə – Bakının Maştağa qəsəbəsində dəfn ediləcək.

Bunu danışan meyxanaçının yaxın dostu və həmkarı Ağamirzə Məmmədov deyib.
O bildirib ki, dəfn mərasimi hələ baş tutmayıb:
“Hazırda Ağakərimin evindəyik, hələ ki, dəfn edilməyib. Təxminən, bir saat əvvəl vəfat edib. Hələlik meyxanaçı həmkarları burada deyil. Yaxın qohumları və qonşuları evdədir. Xəbər yayıldıqca meyxanaçılar da gələcəklər. Dəfn və yas mərasimi Maştağa kəndində olacaq”.
Qeyd edək ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızmışdı.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir