“Narkotiklərə və zərərli vərdişlərə yox deyək” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.
Tədbir Xaçmaz rayon Polis Şöbəsinin, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Xaçmaz şəhəri, Abamüslüm Səlimov adına 7 saylı tam orta məktəbində keçirilib.
Tədbir zamanı çıxış edənlər tərəfindən gənclərə zərərli vərdişlərin insan sağlamlığına və sosial həyatlarına təsiri barədə məlumat verilib, onlara sağlam və təhlükəsiz həyat tərzinin önəmi barədə tövsiyələr bildirilib.





MUASİRMEDİA.AZ
