Qədim türklərdə yerin göbəyindən göyə qədər bir ağac təsəvvürü var idi və buna Həyat Ağacı deyilirdi. Bu təsəvvür şumer türklərində də var idi. Araşdırsaq görərik ki, Türküstanda hələ də 22 dekabr qış gündönümündə evlərinə Akçam ağacı gətirib budaqlarına gələn il üçün Tanrıdan nəzir-niyaz elədikləri şeylər üçün şərit bağlayırlar. İslam və xristianlıq dini yaranmamışdan çox-çox əvvəl qədim türklərin məişətində mövcud olmuş bu ağac bəzəməyin, həmçinin soyuq havalarda ortaya çıxan və yoxsullara kömək edən Ayaz Ata adlanan indiki Şaxtababanın xristianlıqla heç bir əlaqəsi yoxdur, çünki o vaxt xristianlıq dini hələ yaranmamışdı və onun yarandığı Fələstin, Qüds ərazilərində bu ağacı heç tanıyan da yox idi. Bu adət yüzillər sonra türklər (hunlar) Avropaya axın etdikcə, xristianlıq dinini qəbul etdikdən sonra ora gedib çıxmış, XVI əsrdə Avropadan dünyaya yayılmış, Ayaz Atadan götürülmüş Şaxtababa başqa mədəniyyət kimi təzədən qarşımıza çıxmışdır.
Qədim türklərə görə 22 dekabrda Günəş qaranlığa qalib gəlir, yenidən doğulur, ona görə də həmin günə NARDUGAN deyilərdi. Nar – Günəş, Dugan-Doğan. Nardoğan, yəni doğulan günəş.Türklər Nardoğanda Həyat Ağacını təmsil edən bir Akçam ağacının altına dualar Tanrıya getsin deyə hədiyyələr qoyur, ağacın ətrafında mahnılar oxuyub–oynayardılar. Yaşlı insanları ziyarət edib bir yerdə yemək yeyərdilər. Bu adət hələ də, tatarlar, başqırdlar, çuvaşlar, qaraçay və malkarlarda qorunub saxlanılır. Tatarlar bu bayrama “Koyaş Tuğa”, yəni “Günəş Doğan” , başkortlar, udmurdlar “Narduqan” və ya “Marduqan”, mişar tatarları “Raştua”, çuvaşlar “Nartavan”, ya da “Nartuken”, zrizyalar “Nardava”, mokşalar “Nardvan” deyirlər.Həyat Ağacı motivi Hitit, Urartu, Səlcuqlu, Osmanlılarda da nəzərə çarpır. Həmin dövrlərə aid xalçalarda Həyat Ağacı motivləri aydın görünür. Nardoğanda ağac bəzəmək qədim türk xalçalarının əsas motivlərindəndir.”
Muazzəz İlmiyə Çığ, dünya şöhrətli alim, türkoloq, şumeroloq, arxeoloq.

MUASİRMEDİA.AZ
