Ramiz Mehdiyevin Gültəkin Hacıbəyliyə bağışladığı sərvətlərin siyahısı

Cəmiyyət
Müxalifətçi imici, milyonluq mülklər: Ramiz Mehdiyevin Gültəkin Hacıbəyliyə bağışladığı sərvətlərin siyahısı yayıldı.
Keçmiş millət vəkili Gültəkin Hacıbəyli özünü müxalifətin “ünlü kraliçası” kimi təqdim etdiyi bir vaxtda, sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dəyəri milyonlarla ölçülən mülklərinin siyahısını yayıb. “Azərbaycan Reallığı” həmin mülkləri təqdim edir.
“NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə iki müasir mənzil təmir olunmuş vəziyyətdə hədiyyə edilib.
Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir.
G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.
Həmin binanın 13-cü mərtəbəsində yerləşən digər mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan dördotaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayıb.
– Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa;
– Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6.25 hektar, Aşağı Ağcakənd kəndində 1.76 hektar, 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi;
– Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;
– Goradil kəndində 30 sot torpaq sahəsi;
– Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla üç yerdə topaq sahəsi;
– Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;
– Şamaxı rayonu, Qaleybuğurd kəndində 12 sot torpaq sahəsi;
– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;
– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil;
– Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil;
– Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;
– Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.
Bütün bunlar Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə “xidmətləri” qarşılığında əldə etdikləridir. İndi isə qanun qarşısında cavab vermək zamanı çatıb.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir