Allah kiminsə güvəndiyi dağlara qar yağdırmasın!-FOTOLAR

Siyasət
Əvvəla kiminsə həbsinə sevinmək düzgün deyil. Əqidəsi, siyasi baxışları fərqli olsa da kiminsə azadlığının əlindən alınması yaxşı hal deyil, hələ bu bir xanımdırsa heç düz deyil. Siyasi, dini baxışlarına görə və jurnalist fəaliyyətinə görə qadınların həbsini düzgün hesab etmirəm, əksinə bu işi qınayıram.
Amma ironik bir hal var.
Bu aşağıdakı skrinlər Gültəkin Hacıbəyli xanımın Türkiyə ilə bağlı etdiyi paylaşımların bir qismidir.
Türkiyə, Turan və xüsusən Ərdoğan sevdalısı olan Gültəkin xanım Ərdoğanın sonuncu dəfə prezident seçilməsində türk xalqının böyük əksəriyyətinin Ərdoğandan bezar olmasını nəzərə almayaraq buna sevinmişdi. Demokratiya uğrunda mübarizə apardığını iddia etdiyi halda Ərdoğanın hansı yolla seçildiyini bilə-bilə onu dəstəkləmişdi.
Hardan biləydi ki, dəstəklədiyi elə həmin Ərdoğanın əliylə bir gün sifarişli həbs olunacaq və deport ediləcək.
İndi Ərdoğana müraciət edir, özü də yaxşı bilir ki, artıq faydası yoxdu, qərarlar verilib.
Allah kiminsə güvəndiyi dağlara qar yağdırmasın!
MUASİRMEDİA.AZ