Azərbaycanın Daxili İşlər Naziri olmuş Arif Heydərovun -ƏDALƏTİ

Tarix
Çox az adam bilir ki, Azərbaycanın Daxili İşlər Naziri olmuş Arif Heydərovun anası avtomobil qəzasında ölüb.
Taksi sürücüsü böyük sürətlə idarə etdiyi maşınla yaşlı qadını vurub.
Təqsirkar sürücüdür, – ekspertlər birmənalı belə qərar çıxardı və nazirə məlumat verdilər.
– Uşaqları varmı? – nazir soruşdu.
– Üç uşağı var. Kiçik qızı 1 yaşdadır.
Nazir susqun halda bir müddət fikirləşdi, sonra düşüncəli halda dedi:
– Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?
Allah rəhmət eləsin Arif Heydərova…

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ