Dənizdə iki qızı batmaqdan xilas edən, həbsdən çıxan insanı işə düzəldən, nasir, sevimli filmlərimizin rejissoru Həsən Seyidbəylinin sabah anım günüdür. Üzməyi çox yaxşı bacarırdı. Hətta gənc olanda Nardaranda dənizdə iki qızı batmaqdan xilas edib. Həbsdən çıxan Tahir adlı yaşlı kişini yanacaqdoldurma məntəqəsində işə düzəltmişdi. Nəsibə Zeynalovanı çox bəyənirdi, imkan düşən kimi Nəsibə xanımı filmlərinə çəkirdi. Şəfiqə Məmmədovanı, Xalidə Quliyevanı, Safura İbrahimovanı da çox istəyirdi. “Bizim Cəbiş müəllim”, “Telefonçu qız”, “Sən niyə susursan”, “O qızı tapın”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları” və digər filmlərin rejissoru, bədii rəhbəri olub.

MUASİRMÜDİA.AZ
