Tomrislə Kirin ordusunun arasında böyük çay olduğunu Herodot da yazıb. O qeyd edir ki, Kir o çayı keçmək üçün körpülər saldırırdı. Düzdür massagetlər Orta Asiyada da yaşayıb, amma onlar indiki Manqışlaq tərəfdə – Aral gölü ilə Xəzərin arasındakı ərazilərdə yaşayıblar. Xəritəyə baxın: Kirius ora getmək üçün hansı çayı keçməli idi? O yolda yox idi elə bir keçilməli çay. Sayhun, Çayhun, Amudərya, Sırdərya çayları qalır o biri tərəfdə. Bu massagetlər isə bu biri tərəfdə idi. Massagetlər Quzey Azərbaycanda da yaşayırdılar, Dərbənddən Astaraya qədər yayılmışdılar və bəylikləri də var idi. Alban Dövləti yarananda -baxmayaraq ki, onların hər ikisi türk idi- massagetlər Albanlara tabe olmadılar. Kirius Tomrislə döyüşə bilmək üçün 2 böyük çay keçməli idi. Bir Qızılüzəni, bir də Arazı. Herodot yazır ki, o Araz çayını keçdi. Qaynaqda da bu ad var, sadəcə Herodot bu iki çayın hər ikisinə Araz deyir”.
Firudin Ağasıoğlu, azərbaycanlı alim, fəlsəfə doktoru, professor, türkoloq.
Qeyd: Lerik rayonunun Ozobijon- Gunəşli kəndi ilə Noda kəndinin arasında yerləşən yamacda “Kiri kışdə” yəni “Kirin oldürüldüyü yer” adlı ərazi var. Ərazidə Kirlə bağlı daha iki toponim var Kirpora ( Kirin para-para edilməsi, Kirin parası) və Kırporə ru (Kir çayı)
Azərbaycanlıların səhifəsi

MUASİRMEDİA.AZ
