Türkiyənin daxili işlər naziri Ali Yerlikaya göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə ilə bağlı açıqlama verib.
“Bu axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə gedən “9H-DFJ” nömrəli “Falcon 50″ biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb; lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb.Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə o bildirib.
MM.AZ
