Əziz Prezidentim, Müzəffər Ali Baş Komandanım cənab İlham Əliyev!
64 yaşınız münasibətilə ən dərin ehtiramımı, səmimi təbriklərimi və ailəmin xoş arzularını qəbul etməyinizi Sizdən rica edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz iradə və Uca Allahdan bütün ali niyyətlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Siz Ümummilli Lider Heydər Əliyevin siyasi irsini, dövlətçilik fəlsəfəsini və milli ideyalarını layiqincə davam etdirərək Azərbaycanı güclü, müstəqil və qalib bir dövlətə çevirmisiniz. Sizin qətiyyətli rəhbərliyiniz, uzaqgörən siyasətiniz və xalq–dövlət birliyinə əsaslanan idarəçilik modeliniz sayəsində Azərbaycan regionun lider ölkəsinə, söz sahibi olan güclü bir dövlətə çevrilib.
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz siyasi iradə, milli qürur və sarsılmaz liderlik xalqımızın taleyində yeni bir zəfər səhifəsi açdı. Bu Qələbə təkcə hərbi deyil, həm də milli ruhun, ədalətin və haqqın təntənəsi oldu.
Bu gün Azərbaycan dünyada “güclü dövlət, güclü lider” konsepsiyası ilə tanınır və hörmətlə qəbul edilir. Xalqımız Sizə inanır, Sizə güvənir və Sizinlə qürur duyur.
Allah Sizi bu xalqın, bu dövlətin başından əskik etməsin. Azərbaycan naminə gördüyünüz bütün işlərdə daim Zəfər, Uğur və Qələbə Sizinlə olsun!
Dərin hörmət və ehtiramla

MUASİRMEDİA.AZ
